22-24 may tarixlərində Naxçıvanın bütün ərazisini əhatə edən fotolardan ibarət sərgi keçiriləcək.
Realpress.az xəbər verir ki, Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonu – “Qalereya-1969”da keçiriləcək sərgidə tanınmış fotoqraf Hüseyn Bağırovun fotoları təqdim olunacaq.
“Mynakhchivan” adlanan fotosərgidə Naxçıvanın dörd fəslini xarakterizə edən videoçarxın təqdimatı baş tutacaq.
Qeyd edək ki, bütün çəkilişlər bir ay ərzində reallaşıb.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.