Uzun çəkən xəstəlikdən sonra mayın 5-də vəfat edən Xalq artisti, görkəmli aktyor Fuad Poladovun vəsiyyəti yerinə yetirilib.
Realpress.az xəbər verir ki, aktyorun istəyi ilə qəbir daşına şəkil qoyulmayıb.
Onun qəbir daşının fotosunu tanınmış aktyor Hikmət Rəhimov “Facebook” hesabında paylaşıb.
Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı Gülüstan Poladova mətbuata açıqlamasında onun qəbir daşına şəkil qoydurmamağı vəsiyyət etdiyini bildirmişdi.
Xatırladaq ki, 69 yaşında dünyasını dəyişən Poladov xərçəng xəstəliyindən əziyyət çəkirdi.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.