Xolesterini dərmansız aşağı salmağın 3 təbii üsulu

Xolesterini dərmansız aşağı salmağın 3 təbii üsulu
07 İyun 2018 14:54

Xolesterinin orqanizmdə yüksək səviyyədə olması ürək və damar xəstəliklərinin ilk risk faktorudur.

Xolesterin damarların divarlarında yığılaraq onların elastikliyini pozur, daraldır, zəif və kövrək edir, damarların partlaması riskini artır ki, bu da infarkt və insultun inkişafına səbəb ola bilər.

Rusiyanın Pyatiqorsk farmasevtik akademiyasının müəllimi, bologiya elmlər doktoru professor Valeriy Məlik-Hüseynov Komsomolskaya Pravda-ya müsahibədə qanda xolesterinin səviyyəsini azaldan təbii vasitələri haqqında məlumat verib. Realpress.az Saglamolun.az-a istinadən sizə bu vasitələri təqdim edir:

1. Yemişan dəmləməsi

2 x.q. yemişan xırdalanır, üzərizə 1,5 stəkan isti su əlavə olunur, 1 saat dəmlənilir (termosda dəmləmək daha yaxşıdır) süzülür və sonra gündə 3 dəfə yarım stəkan olmaqla yeməkdən 30 dəqiqə əvvəl içilir.

2. Qara qarağat yarpaqlarının dəmləməsi

2 x.q. xırda doğranmış qara qarağat yarpaqlarının üzərinə 1 stəkan isti su tökün, 1 saat dəmləyin, süzün, gün ərzində 2-3 dəfə yarım stəkan olmaqla için.

3. Şüyüd toxumu dəmləməsi

1 x.q. şüyüd toxumunun üzərinə 1,5 stəkan isti su tökün, 1 saat ərzində dəmləyin, süzün, gün ərzində yarım stəkan olmaqla için.

Bundan əlavə xolesterinin səviyyəsini aşağı salmaq üçün professor Məlik-Hüseynov artıq çəkidən azad olmağı, siqaret çəkməkdən imtina etməyi, hərəkətli olmağı, sağlam qidalanmağı tövsiyə edir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.