Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat
12 İyun 2018 11:00


Kənd Təsərrüfatı Nazirliyində aparılan struktur dəyişikliyi nəticəsində fermerlərlə daha da yaxın təmasın qurulması, onların problemlərini və çağırışlarını qarşılamaq üçün yeni Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi yaradılıb.

Realpress.az-ın əldə etdiyi məlumata görə, nazir İnam Kərimovun əmri ilə İsmayılov Araz Aqşin oğlu yeni yaradılmış şöbəyə rəhbər təyin edilib.

Qeyd edək ki, A.İsmayılov bundan əvvəl 3 saylı Bakı “ASAN xidmət” mərkəzində məsləhətçi (2014-2016), daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsdə Layihələrin idarə edilməsi, logistika və keyfiyyətə nəzarət departamentinin rəhbəri vəzifəsində çalışıb. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.