Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.
Realpress.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.
Etibar Mirzəyev bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur:
“Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək”.
09:51
Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.
FHN-dən realpress.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.