Ermənilər tərəfindən öldürülən Fətəli Xan Xoyski — Vəfatından 98 il ötdü

Ermənilər tərəfindən öldürülən Fətəli Xan Xoyski — Vəfatından 98 il ötdü
19 İyun 2018 12:26

Bu gün Fətəli xan Xoyskinin vəfatından 98 il ötür.

"Realpress.az"ın məlumatına görə, aprel ayının sonlarında türk generalların rəhbərliyi ilə Bakıya daxil olan XI Qızıl Ordunun işğalından sonra cənab Xoyski ailəsi ilə birlikdə Bakını tərk etməli olur. Ermənistanın "Milli Qəhrəmanı" olan Aram Yerganiyan tərəfindən arxadan vurulan güllə ilə Azərbaycan tarixinin həqiqi, yeganə və sonuncu siyasi baxışca liberal-demokrat olan Fətəli xan Xoyski dünyasını dəyişir. XX əsr Azərbaycan siyasi düşüncəsində inqilab edən şəxsi XIX əsr Azərbaycan ədəbiyyatında inqilab edən Mirzə Fətəli Axundovun yanında torpağa tapşırırlar. Bugünkü reallıqlarla o şəxsin vicdanını müqayisə etmək istəyənlər cənab Xoyskinin baş nazir olan zaman əmək haqqını hələ almadığı üçün atasına yazdığı məktuba nəzər yetirmələri kifayətdir: "Ata, məlumdur ki, mən hələ əmək haqqımı almamışam. Mənim bir qədər pula ehtiyacım var. Mümkündürsə, yardım edərdiniz".

Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Xoy və Şəki sahibkar xanların nəslindəndir.  Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu.

Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi. Müxtəlif məqsədli komisiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda.

Müsəlman fraksiyasının üzvü idi, köçürülmə siyasətinin əleyhinə çıxış edirdi, kadetlər partiyasına daha çox üstünlük verirdi. 1917 Fevral inqilabından sonra 1-ci Qafqaz müsəlmanları qurultayının (aprel, Bakı) iştirakçısı idi; may ayında Moskvada keçirilən 1-ci Ümumrusiya müsəlman qurultayında Ümumrusiya müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü oldu. Bitərəflə "Müsavat" partiyasının 1-ci qurultayında (26 —  31 oktyabr) iştirak etmişdir,  Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyirdi. Bakı şəhər Dumasına (oktyabr 1917 — aprel 1918) rəhbərlik etmişdir. Zaqafqaziya komissarlığı (15 noyabr 1917 — 10 fevral 1918) nəzdində xalq maarif komissarı olmuşdur. Zaqafqaziya Seyminin (10 fevral —  26 may 1918) üzvü; "Müsavat" və demokratik bitərəf qrupun fraksiyasına daxil olmuşdur. Aprel ayından Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olundu. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may — 7 dekabr) üzvü. Mayın 27-dən Milli Şuranın icraiyyə komitəsinin sədri olmuşdur.
Zaqafqaziya seymi buraxıldıqdan sonra, 1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclasını çağırdılar. Yığıncaq Cənubi Qafqazın şərqi ərazilərin idarə olunmasını öz üzərinə götürmək qərarına gəldi, və özlərini Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli şurası adlandırdılar. Milli şuranın yanında 9 nəfərdən ibarət icraçı orqan yaradıldı, onun vəzifəsi respublika həyatının müxtəlif sahələri üzrə planların həyata keçirilməsi idi. F. Xoyski icraiyyə orqanının sədri seçildi.

Ertəsi gün Milli şuranın ilk iclası keçirildi: Seymin buraxılması, Gürcüstanın müstəqilliyini elan etməsi və Azərbaycanın vəziyyəti onun gündəliyində əsas bəndi idi. Şuranın bəzi üzvləri Azərbaycanın müstəqilliyinin elan edilməsinin tərəfdarı idilər, Fətəli-xan Xoyski, öz növbəsində, yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına qədər tamhüquqlu hökumətin yaradılması ilə kifayətlənmək və Azərbaycanın müstəqilliyini elan etmədən digər ölkələrlə danışıqlara başlamaq təklifini vermişdi. Nəticədə iki nəfər bitərəf qalmaqla 24 səslə (o cümlədən F. Xoyski) Şura Azərbaycanı dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi. Fətəli-xan Xoyski Müvəqqəti hökumətinin tərkibini açıqladı və orada hökumət başçısı və daxili işlər naziri.vəzifələrini tutdu. Mayın 30-da Nazirlər Şurasının sədri F. X. Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra xarici işlər nazirlərinə radioqram göndərdi:

“Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristiyaniya, Kopenhagen.

Xarici işlər nazirinə

Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Respublikasını yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir. 

İmza Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri”

26 may 1918-ci ildən Nazirlər Şurasının sədri, eyni vaxtda daxili işlər naziri, (28 may — 17 iyun), xarici işlər naziri (26 dekabr 1918 — 14 mart 1919) olmuşdur. Sentyabrın 16-da Bakıya Qafqaz İslam Ordusunun hissələri daxil oldu. Növbəti gün Azərbaycan hökuməti.bu şəhərə köçdü. Bakyova görə, F. Xoyski sevinən müsəlmanları qarşılayaraq şəhərdə açıq avtomobildə gedirdi. Hökumət üzvlərinin neftlə bağlı qanunsuz əməlləri ilə əlaqədar istefa verdi. Xoyskinin başçılıq etdiyi hökümət Türkiyənin iyun-iyul aylarında Qafqaz müsəlman rayonları işğalını və türk ordusunun 1918-ci ilin sentyabrında Bakını azad etməsini alqışlayırdı. Azərbaycan Parlamentinin (7 dekabr 1918 — 27 aprel 1920) üzvü. Xarici işlər naziri (24 dekabr 1919 —  1 aprel 1920). Zaqafqaziya respublikalarının nümayəndələri konfransında Azərbaycan nümayəndə heyətinin üzvü idi (25 aprel — 30 may 1919, Tiflis).

Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Tiflisə köçdü, orada 19 iyun 1920-ci ildə qətlə yetirildi, qatıllər "Daşnaksütun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idilər. Onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açdılar. İndiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilmişdir. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirmişdir.


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.