“Barbarossa”nın unikal xəritə planı hazırlandı - FOTO

“Barbarossa”nın unikal xəritə planı hazırlandı - FOTO
22 İyun 2018 11:40


Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında İkinci Dünya Müharibəsinin ilk günlərinə həsr olunmuş unikal tarixi xəritə yayımlanıb. 

Realpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Arxiv Mərkəzinin əməkdaşları Qırmızı Ordunun SSRİ-yə soxulan düşmənlə ilk döyüşlərini əks etdirən və bundan əvvəl yayımlanmayan sənədləri üzə çıxarıb. 

Saytda müharibənin ilk günlərinin gizli arxiv sənədlərini tapmaq mümkündür: SSRİ Xalq Müdafiə Komissarlığı direktivləri, əmrləri, hərbi hissələrin komandirlərinin məruzələri və s.

İlk dəfə saytda SSRİ Xalq Müdafiə Komissarlığının 1941-ci il iyunun 22-də hazırladığı direktiv yayımlanıb. 

Həmçinin, layihədə “Barbarossa planı”nın ilkin mərhələsinin xəritəsi yerləşdirilib. Xəritədə alman-faşist qüvvələrinin SSRİ sərhədinə yerləşdirilməsi, müharibənin ilk günlərində düşmənin hücumlarının planlaşdırılmış istiqamətləri göstərilib.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.