Google şirkəti “Android”də hesabın idarə edilməsini asanlaşdırıb

Google şirkəti “Android”də hesabın idarə edilməsini asanlaşdırıb
22 İyun 2018 11:51

“Google” şirkəti “Google Account”un yeni interfeysini təqdim edib. Artıq bütün funksiyalar “Android” sisteminin idarəetməsi altında işləyən  qurğularda əlçatandır, yaxın vaxtlarda bu funksiyalar, həmçinin “iOS” sistemli qurğularda və fərdi kompüterlərdə əlçatan olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, interfeysə daxil edilmiş yeni funksiyalar hesabı daha rahat idarə etməyə imkan verəcək. Təhlükəsizlik və məxfilik parametrləri, o cümlədən hesabla əlaqəli aktual informasiya (məsələn, fərdi məlumatlar, qurğular, ödəniş üsulları, alış-veriş, abunə, sifariş vermə və əlaqələr) yenilənib.

Tərtibatçılar bildirirlər ki, indi “Google Account”da sazlamaları və başqa parametrləri axtarıb tapmaq daha asanlaşıb. Bunun üçün ekranın aşağı hissəsində yerləşdirilmiş "Axtarış" ikonkasına sıxaraq sorğunu daxil etmək lazımdır.

Həmçinin təhlükəsizlik sazlamaları yenidən işlənib. Bundan başqa, “Google Account” məlumatların mühafizəsi üçün öz tövsiyələrini verəcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.