Misir yığmasının hücumçusu Məhəmməd Salah Çeçenistan respublikasının fəxri vətəndaşı olub.
Realpress.az xəbər verir ki, bununla bağlı Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, sərəncam ötən gecə imzalanıb.
“Misir yığmasının şərəfinə təşkil etdiyim təntənəli ziyafətdə Məhəmməd Salaha sərəncamın nüsxəsini və döş nişanını təqdim etdim. O, buna layiqdir”, - Çeçenistan lideri deyib.
Kadırov ümid edərək bildirib ki, Çeçenistanın “Axmad” klubu və Misir yığması Qroznıda yoldaşlıq oyunu keçirəcək.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.