İlk ümumdünya 5G standartı təsdiq edilib

İlk ümumdünya 5G standartı təsdiq edilib
23 İyun 2018 15:18

Mobil sənaye və “3GPP” konsorsiumu avtonom “5G” spesifikasiyasını rəsmən təsdiq ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, standartın təsdiq edilməsi “5G” texnologiyasının bu il ABŞ-da, 2019-cu ildə isə digər ölkələrdə kommersiya istifadəsinə verilməsinə imkan yaradacaq.  

Məlumata görə, ötən il “3GPP” konsorsiumu tərəfindən ilk avtonom olmayan “5G” spesifikasiyası təsdiq olunub. Bu, qurğu və şəbəkə avadanlığı istehsalçılarına mövcud “4G/LTE” şəbəkələri ilə işləməyə imkan verən ilk “5G” məhsullarının hazırlanmasına başlamağa imkan verib. Spesifikasiya üzərində işin başa çatdırılması ilə bağlı yayılan informasiya ondan xəbər verir ki, tərtibatçılar gələcəkdə “4G” şəbəkəsinə əsaslanmayan avtonom “5G” və əvvəlki - avtonom olmayan “5G” standartından istifadə zamanı seçim imkanı əldə edəcəklər.

Konsorsiumun son sessiyalarında əksər mobil şirkətlərini, o cümlədən “AT&T”, “Deutsche Mobile/T-Mobile”, “Intel”, “Qualcomm”, “Dish Network”, “Verizon” və digərlərini təmsil edən 600-dən çox nümayəndə iştirak edib. Tədbirlərə, həmçinin, avadanlıq istehsal edən və şəbəkələrlə məşğul olan Britaniya, Avropa, Çin, Yaponiya və Koreya şirkətlərinin nümayəndələri qatılıb.

Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Yeni standartın əsas vəzifələrindən biri “Əşyalar interneti” texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə “5G” şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.

Bundan başqa, müasir kommunikasiyanın bir neçə problemini həll edəcək “5G” insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri “ağıllı” idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin “5G” standartı media fayllarından istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.