Müdafiə Nazirliyi ermənilərin yaydığı məlumatı yalanladı

Müdafiə Nazirliyi ermənilərin yaydığı məlumatı yalanladı
23 İyun 2018 17:59

Bu gün erməni mətbuatında düşmən əsgərinin meyitinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilib.

Azərbaycanın Müdafiə Nazirliyi erməni KİV-lərində yayılan məlumatlara dərhal münasibət bildirib. 

Nazirlikdən Realpress.az-a daxil olan məlumatda qeyd edilib ki, bu kimi xəbərlər yaymaqla Ermənistan tərəfi ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört-basdır etmək məqsədini güdür.

"Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti düşmən tərəfində xof və təşvişə səbəb olur. Bildiririk ki, Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib. Ermənistan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil və yalnız ölkə ictimaiyyətinin diqqətini ordusundakı özbaşınalıqlardan və artan qeyri-döyüş itkilərdən yayındırmağa yönəlib", - deyə məlumatda qeyd olunub.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.