Xəstəxana palatasına heyvan gətirmək düzgündürmü? - RƏY

Xəstəxana palatasına heyvan gətirmək düzgündürmü? - RƏY
25 İyun 2018 10:29


İnsanların müalicə olunduğu yerə atın gətirilməsi tibbi qaydara ziddir.

Bunu Realpress.az-a açıqlamasında professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, tibb müəssisəsində insanların sağlamlığı üçün gigiyenik qaydara riayət olunmalıdır:

“Həmin yerə atın gətirilməsi düzgün deyil. Burada gigiyena məsələsi var. Ora veterinar klinika deyil ki, istənilən vaxt hər hansı bir heyvan xəstələrin müalicə aldığı yerə gətirilsin”.

Adil Qeybulla qeyd edib ki, həkimlər bu cür hərəkətlərə yol verməklə özlərini ucuz reklam etməməlidirlər:

“Təəssüflər olsun ki, bu gün ölkəmizdə həkimlər, klinika rəhbərləri bu cür ucuz reklamlara qaçırlar.

Televiziya ekranlarında da, şou xarakterli verilişlərdə də həkimlər özlərini ucuz reklamlarla gündəmə gətirirlər. Təbii ki, bunların hamısı madiyyata görədir. Amma reklam üçün başqa yollar tapmaq olar.

İnsanların sağlamlığına təhlükə yaradan reklamları etmək düzgün deyil. Bu, tibbi qaydara zidd hərəkətdir”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynovun müalicə aldığı xəstəxana palatasına at gətirilib. Məsələ sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.