Bakıda qəribə QADAĞA: Eyvandan paltar asanlar cəzalanacaq - RƏSMİ

Bakıda qəribə QADAĞA: Eyvandan paltar asanlar cəzalanacaq - RƏSMİ
25 İyun 2018 10:39

Bakının mərkəzində yaşayan sakinlər üçün maraqlı qadağalar tətbiq edilir.

Realpress.az BAKU.WS-ə istinadla 
xəbər verir ki, şəhərin mərkəzində binalarda yaşayan sakinlərə eyvan və pəncərələrdə zivələrə paltar asmağa icazə verilmir. Bu barədə paytaxt sakinləri BAKU.WS-in “qaynar xətti”nə bildiriblər. Şikayətlər əsasən paytaxtın Yasamal, Səbail, Nərimanov, Nizami rayonları ərazisində yaşayan vətəndaşlardan bildiriblər.

Vurğulanıb ki, polislər məhəllələri gəzərək, zivələrə paltar asan vətəndaşlara xəbərdarlıq edib. Bildiriblər ki, yol kənarlarına baxan eyvanlardan zivələrə paltar asmaq qadağandır.

Güc strukturlarından bildirilib ki, bu barədə onlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi göstəriş verilib. Göstərişə görə, şəhərin mərkəzində binalarda zivələrə paltar asmaq olmaz.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Realpress.az istinadla bildirir ki,Bakı Meriyasının aparat rəhbəri Rasim Quliyev BAKU.WS-ə eksklüziv verdiyi açıqlamada qurumdan belə bir tapşırığın verildiyini təsdiqlədi. Onun sözlərinə görə, bu tapşırıq şəhərin gözəlliyinə xələl gətirməmək üçün verilib.

“Şəhərimizə çoxsaylı tursitlər gəlir. Bakının görünüşünü korlamaq olmaz. Yaşayış binalarında paltar asırlar. Yəqin razılaşarsız ki, küçənin ortasında eybəcər borulardan sallanan və üzərinə alt paltarından tutmuş müxtəlif geyimlərin asıldığı zivələr pis görünür. Bu vəziyyət estetik cəhətdən xoş görünmür və məqsədəuyğun deyil”, - deyə Rasim Quliyev bildirib.

Qeyd edək ki, Bakı meriyasının tapşırığına əməl etməyən sakinlər cəzalandırıla bilər. Hələlik cərimənin məbləği dəqiqləşdirilməyib. Lakin polisin tapşırığına əməl etməyib, tabesizlik edən vətəndaşlar barədə hüquq çərçivəsində tədbirlər görüləcək.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.