Tərbiyəçiliyə şəxsi problemini həll etməmiş insanlar cəlb olunurlar — ELMİR ƏKBƏRDƏN SOS

Tərbiyəçiliyə şəxsi problemini həll etməmiş insanlar cəlb olunurlar — ELMİR ƏKBƏRDƏN SOS
25 İyun 2018 13:16

"Dayəliyə, tərbiyəçiliyə şəxsi problemini həll etməmiş insanlar cəlb olunurlar. Həmin insanlar öz aqressiyalarını uşaqların üzərinə tökürlər. Həm də o insanlar intellektli deyillər".

Realpress.az-ın məlumatına görə, bu fikirləri "Space" telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişində psixoloq Elmir Əkbər səsləndirib. Gəncədəki 31 saylı uşaq baxçasında Sara Mustafazadə adlı uşağın üzünə dağ basılmasına münasibət bildirən mütəxəssis hadisəylə bağlı verilən açıqlamanı qeyri-səmimi adlandırıb:

"Bu qədər qeyri-səmimilik cəmiyyəti ələ salmaq deməkdir. Heç olmasa bir az səmimi olmaq lazım idi".

Qeyd edək ki, Gəncədəki 31 saylı uşaq baxçasının müdiri Günay İsmayılova Sara Mustafazadənin üzünü Hüseyn Əliyev adlı başqa bir uşağın dişlədiyini və iki əməkdaşın işdən çıxarıldığını bildirib.

Qeyd edək ki, həftə içi 10-da başlayan "Onda başladıq" verilişinin informasiya dəstəkçisi "Ölkə.Az" saytıdır. 


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.