Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı

Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı
25 İyun 2018 15:10

Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində 6 sektor yaradılıb.

Realpress.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində Konstitusiya qanunvericiliyi sektoru, Beynəlxalq müqavilələr sektoru, İqtisadi və mülki qanunvericilik sektoru, Təhsil, əmək və sosial qanunvericilik sektoru, Cinayət və inzibati qanunvericilik sektoru və Kodifikasiya və sənədləşmə sektoru yaradılıb.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.