İlham Əliyev Pakistanlı qonağı qəbul etdi — YENİLƏNİB

İlham Əliyev Pakistanlı qonağı qəbul etdi — YENİLƏNİB
25 İyun 2018 15:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatı qəbul edib.

Realpress.az-ın xəbərinə görə, prezident İlham Əliyev Zübair Mahmud Hayatın Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün ölkəmizə gəlməsindən məmnunluğunu ifadə edib və bunu ölkələrimiz arasında qardaşlıq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. 

Ölkələrimizin hər zaman bir-birini dəstəklədiyini deyən dövlət başçısı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi səbəbindən Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmamasını yüksək qiymətləndirib və qeyd edib ki, bu, xalqlarımız arasında qardaşlığı nümayiş etdirir və Azərbaycan xalqı bunu yüksək dəyərləndirir. 

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz arasında sıx siyasi əlaqələr mövcuddur və eyni zamanda, müdafiə sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Pakistanla hərbi əməkdaşlığı daha da genişləndirmək və Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır. Ölkələrimizin birgə hərbi təlimləri də bu məqsədə xidmət edir.

Zübair Mahmud Hayat Pakistan Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirakdan məmnunluq hissi keçirdiyini deyib, tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Xalqlarımız arasında sıx əlaqələrin mövcud olduğunu deyən Zübair Mahmud Hayat bu əlaqələrin tarixi və mədəni köklərə əsaslandığını vurğuladı.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Realpress.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.


26 Apr 2024
Siyasət

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.

26 Apr 2024
Siyasət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”

“Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir”.

26 Apr 2024
Siyasət

Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.