Böyük Britaniyanın Kembric və Kent universitetlərinin birgə xəbər bülletenin iyul sayında həmin universitetlərin COMPASS layihəsi çərçivəsində keçirilən tədbirlər sırasına Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayevanın “Müasir azərbaycanlılar və riayət edilməli qaydalar orta əsrlər eposu aynasında ” adlı açıq mühazirəsi dərin və əhatəli kimi dəyərləndirilib. https://research.kent.ac.uk/gcrf-compass/wp-content/uploads/sites/169/2018/07/GCRF-COMPASS-NEWSLETTER-Issue-2.pdf
Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Kembric Universitetinin Orta Asiya və İnkişaf Edən Ölkələr bölümünün dəvəti ilə baş tutan, alimin son illərdə apardığı araşdırmalara əsaslanan mühazirədə toxunulan problemlər Azərbaycan folklorunun şah əsəri “Kitabi-Dədə Qorqud” dastanının mətninə istinadən şərh olunub.
Qeyd edək ki, professor Rəhilə Qeybullayevanın dünyanın bir sıra nüfuzlu universitetlərində Azərbaycan ədəbiyyatı, ümumilikdə mədəniyyəti ilə bağlı oxuduğu mühazirələr daim maraqla qarşılanır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.