Dilarə kişilərin hansı qadınlara xəyanət etmədiyini AÇIQLADI:Əgər insan gecələr...

Dilarə kişilərin hansı qadınlara xəyanət etmədiyini AÇIQLADI:Əgər insan gecələr...
18 İyul 2018 18:00

"Metroda qısa şort geyindiyi üçün döyülən qızın videosuna baxanda məəttəl qalmışdım. Axı kim sənə ixtiyar verir ki, başqasının seçiminə müdaxilə edəsən? Geyim tərzim haqqımda pis fikirlər deyiləndə buna diqqət yetirmirəm, onları “iqnor” edirəm. Cavab qaytarmaq onlar üçün böyük diqqət olar. Reaksiya versən, vəziyyət daha da gərginləşəcək. İnsanlar bilməlidir ki, mənim azadlığım sənin azadlığın başlayan yerdə bitir".

Realpress.az istinadla bildirir ki,bu sözləri müğənni Dilarə Kazımova Publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq suallarına cavab verərkən deyib.

Cəsarətli geyimləri və təkrarolunmaz ifası ilə seçilən sənətçinin özünəməxsus cavablarını təqdim edirik:

İndiki ağlım olsaydı...

- Sözsüz ki, səhvlərimdən nəticə çıxaran adamam, amma oturub, keçmişdə yol verdiyim xətaların peşmançılığını çəkməyi xoşlamıram. Onsuz da heç nəyi dəyişdirmək mümkün deyil. Peşmançılıq hissi əlavə yük və enerji itkisi deməkdir. Hansısa addımı atmışamsa, deməli, həmin an üçün ən məqsədəuyğun qərar o olub və ya başqa çıxış yolu olmayıb. Çalışıram ki, hadisələri təbii qəbul edim.

Dünyanı dəyişmək imkanım olsaydı...

- Dünyada ədalətsizliyin baş alıb getməsi, bir insan kimi məni narahat edən əsas məsələdir. İmkanım olsaydı, uşaqlara, qocalara və heyvanlara qarşı zorakılıq tətbiq edən hər kəsi yer üzündən silərdim. Anlamıram ki, danışa bilməyən aciz canlılara qarşı bu qədər aqressiya nədən qaynaqlanır.

İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Bəzən çox ağır haqsızlıqla üzləşəndə, hiss edirsən ki, içindəki ən ülvi hisslər sönməyə başlayır. Yaxşı ki, bu, bir müddət sonra keçir. Görürsən ki, gec-tez hər kəs öz layiqli cəzasını alır.

Ümumiyyətlə, ilahi ədalət kainatın çözə bilmədiyi bir sirdir. Bəlkə də ilahi ədalətin olduğunu və bizi narahat edən digər sualların bütün cavablarını öldükdən sonra tapa biləcəyik...

Mənə qarşı edilən ən böyük haqsızlıq o olub ki...

- “Eurovision” mahnı müsabiqəsindəki çıxışımdan sonra kəskin tənqidlərə məruz qalmışdım. Bilirdim ki, ölkəmi layiqli şəkildə təmsil etmişəm. Lakin haqsız ittihamlar məni incidirdi. Kim bilir, bəlkə də o tənqidlərin nəticəsində daha da uca zirvələri fəth edirik. Bəlkə də bunlar olmalıdır ki, insan mənən güclənsin və böyüsün.

Heç vaxt heç kimə icazə vermirəm ki...

- Heç kimə icazə vermirəm ki, haqqımı tapdalasın. Vicdansızlığa, ədalətsizliyə yol verən mərhəmətsiz insanlar görəndə onlardan uzaqlaşıram. Yaxud fikirləşirəm ki, bəlkə mən nəyisə düzgün etməmişəm.

Xoşlayıram ki, mənimlə şirin dillə danışsınlar, səhvim varsa, iradlarını nəzakətli şəkildə bildirsinlər. Kimsə mənimlə kobud danışanda üzüm dərhal dəyişir. Bu, əhval-ruhiyyəmə pis təsir göstərir.

Günahlarım yadıma düşəndə...

- Çalışıram ömrümü elə yaşayım ki, günahlarım çox olmasın. İnsanların qəlbinə və heysiyyətinə toxunmaqdan qorxuram. Bu günə qədər qazandıqlarımı böyük zəhmət bahasına əldə etmişəm. Məsələn, hansısa yarışda pis ifa etsəm və mənə birincilik versələr, bunu heç vaxt qəbul etmərəm. Həyatımda baş verən hər hadisə məntiqə uyğun şəkildə olmalıdır.

Kişilər o qadınlara xəyanət etmir ki...

- Kişilər ürəkdən sevdiyi və bütün ruhu ilə bağlı olduğu xanımlara xəyanət etmir. Kişinin ürəyi sevgi ilə dolu olanda onu gözü sevdiyindən başqasını görmür.

Seviləsi xanım olmağın ilkin şərti...

- Xanımlarımız o qədər işləyir ki, bəzən zərifliyini, incəliyini, həssaslığını və qadınlığını unudurlar. Hər işin öhdəsindən gəlməyə çalışırlar. Öz ayaqları üstündə dura bilmək gözəldir, lakin elə məsələlər var ki, onları kişilər yerinə yetirməlidir.

Qadınlar yaşını ona görə gizlədir ki...

- İstəyirlər ki, cavan qalsınlar. Yaşımdan gənc görünürəm, odur ki, yaşla bağlı kompleksim yoxdur. Hərdən çox şıltaq və çılğın oluram, dərhal özümə yada salıram ki, balaca qız deyiləm, artıq 34 yaşım var və yaşıma uyğun davranmalıyam.

Qadına qarşı şiddət...

- Əlbəttə ki, pis oluram. Şükürlər olsun ki, başıma belə bir hadisə gəlməyib. Bəzən xanımları qınayırlar ki, qısa paltar geyindikləri üçün onlara zorakılıq edilib. Lakin bu, heç kimə icazə vermir ki, kimsə ona əl qaldırsın və ya təcavüz etsin.

Metroda qısa şort geyindiyi üçün döyülən qızın videosuna baxanda məəttəl qalmışdım. Axı kim sənə ixtiyar verir ki, başqasının seçiminə müdaxilə edəsən. Geyim tərzim haqqımda pis fikirlər deyiləndə buna diqqət yetirmirəm, onları “iqnor” edirəm. Cavab qaytarmaq onlar üçün böyük diqqət olar. Reaksiya versən, vəziyyət daha da gərginləşəcək. İnsanlar bilməlidir ki, mənim azadlığım sənin azadlığın başlayan yerdə bitir.

Vanqa nənə ilə görüşsəydim...

- Həyatım haqqında hər şeyi soruşardım. İnanıram ki, bəzi insanlar böyük enerjiyə malikdir. Bu vergidir, onlar bizim görə bilmədiklərimizi görə bilir.

 Küsülü olduğum insana demək istəyirəm ki…

- Heç kimlə küsülü deyiləm. Yaxınlarım və ya dostlarımla aramızda anlaşılmazlıq baş verərsə, müzakirə edib məsələni yoluna qoyuruq. Səhvim varsa, dərhal üzr istəyirəm. Küskünlük insanı stressə salır. Məlum olduğu kimi, bir çox xəstəliklərin yaranmasına səbəb məhz stressdir.

Vicdan...

- Əgər insan gecələr rahat yatırsa, deməli, onun vicdanı da təmizdir. Vicdanın səsi bizə ən düzgün yolu göstərir, əyri-üyri döngələri deyil.

Kiminsə yalan danışdığını hiss edəndə...

- Gülümsəyirəm.

Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Təbiətin qanunudur. Heyvanlar da eyni deyil, müxtəlifdir.

Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Təbiət vurğunuyam. Üzülürəm ki, bu gün bəşəriyyət təbii ehtiyatların azalması, ətraf mühitin çirklənməsi və s. bu kimi problemlərlə qarşı-qarşıyadır. Hər il milyonlarla ağac kəsilir, dəniz və okeanlara tonlarla plastik qablar atılır. Dənizlərin 5-10 il sonrakı vəziyyətini düşünəndə dəhşətə gəlirəm.

Elmin-texnikanın sürətli inkişafı insanlarda təbiətə də münasibəti dəyişməyi tələb edir. Gənc nəslin dünyagörüşünü formalaşdırmaq, onlarda təbiətə, təbii sərvətlərə məhəbbət hissi yaratmaq cəmiyyətin aparıcı qüvvələrinin əsas vəzifəsinə çevrilməlidir.

Dostlarıma ən çox onu məsləhət görürəm ki…

- Ürəyinin səsini dinləsinlər.

O zaman düşünmədən riskə gedirəm ki...

- Əgər intuisiyam mənə düzgün addım atdığımı deyirsə, düşünmədən hərəkət edə bilərəm.

Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Ən kritik situasiyada belə pozitivliyimi itirmirəm, beynim sürətlə işləyir. Belə vəziyyətlərdə fikrimi toplayıb həll yolu tapıram.

Yaxşı gündə, pis gündə...

- Sizə verilən enerjiyə təşəkkür edin, yaşadığınız hər ana minnətdar olun!

Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı oldu.

- Buyurun.






25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.