Qara gavalının orqanizmə İNANILMAZ TƏSİRİ

Qara gavalının orqanizmə İNANILMAZ TƏSİRİ
28 İyul 2018 17:37

Türkiyəli dietoloq Fevzi Özgönül qara gavalının susuzluğu yatıran faydalı meyvə olduğunu bildirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sağlam qidalanma üzrə mütəxəssis qara gavalıdan hazırlanan az şəkərli kompotun əsl vitamin anbarı olduğunu deyib:

"Yay aylarında su içmək sağlamlığınız üçün çox vacibdir. Lakin su içə və ya bir başqa alternativ axtarırsınızsa, sizə kompot təklif edirəm. Bir çox meyvədən kompot hazırlanır, ancaq ən faydalısı qara gavalıdır. Bu meyvə xərçəng şişlərinjin yaranmasına mane olur, həmçinin qocalma prosesini ləngidir. Qara gavalı orqanizmə daxil olan və bədənin ifraz etdiyi sərbəst radikallar adlanan zərərli maddələri ən yaxşı təmizləyən meyvədir".

Qara gavalının faydaları:

- Təzə gavalının tərkibinə qurusundan, ya da şirəsindən daha çox C vitamini daxildir. Gündəlik A vitamini ehtiyacının da 8 faizini qarşılayır.

- A vitamini gözlərin görmə qabiliyyətini yaxşılaşdırır və sümük inkişafını dəstəkləyir.

- Gavalı qurusu qəbizlik və həzm problemlərini aradan qaldırır.

- Ürəyi qoruyur, infarkt riskini azaldır.

- Araşdırmalar göstərir ki, qara gavalı döş xərçəngi hüceyrələrini məhv edir.

- Beynin yaddaş qabiliyyətini inkişaf etdirir. Antioksidantlarla dolu olması sayəsində Alzheimer inkişafını ləngidir.

- Böyrək daşı müalicəsində effektivdir.

Realpress.az



8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.