Nazik saçlarınızı belə gurlaşdırın

Nazik saçlarınızı belə gurlaşdırın
04 Avq 2018 17:09

Bir qadının ən çəkici aksessuarı onun saçlarıdır. Odur ki, üzünüzə, bədəninizə göstərdiyiniz diqqəti saçlarınıza da göstərin. Bunun üçün nə etmək lazımdır?

Realpress.az axşam.az-a istinadən sizə nazik saçlarınızı gurlaşdırmağın bəzi yollarını təqdim edir:

1. Alma sirkəsi - suda həll olunmuş sirkəni saçlarınızı dibinə sürtün, 10 dəqiqə sonra yuyun. O, həm saç tökülməsinin qarşısını alacaq, həm də saç dibində qanın yaxşı dövr etməsinə kömək olacaq.

2. Kök suyu ilə kakos südünü qarışdırın və saçlarınıza çəkin. Saçlarınız həm sağlam, həm də güclü olacaq.

3. Çuğunduru 10 dəqiq qaynadın, suyunu soyudun və saçlarınızı yaxalayın. Həftədə 2-3 dəfə bunu təkrarlayın.

4. Suyu sıxılmış soğan, yaxud sarımsağı saç dibinə çəkin. 10 dəqiqə sonra iy gəlməsin deyə limon suyu ilə yaxalayın.

5. Aloe veradan alınan suyu saç dibinizə çəkin və 10 dəqiqə sonra yuyun.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.