Onkoloqlar Azərbaycanda xərçəngin daha çox yayılmış növləri və səbəbləri barədə

Onkoloqlar Azərbaycanda xərçəngin daha çox yayılmış növləri və səbəbləri barədə
10 Avq 2018 11:59

2017-ci ilin statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır. Ötən il yenitörəmələrdən ölən 0-17 yaşda uşaqların sayı 105 nəfər təşkil edib.

Realpress.az xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Trend-ə açıqlamasında bildirib ki, xəstəliyin qarşısını almaq üçün insanların vaxtında həkim müayinəsindən keçməsi lazımdır:

"Gözləmək lazım deyil ki, xəstəlik tam yerini möhkəmləndirəndə həkimə müraciət olunsun".

Bəs Azərbaycanda xərçəng xəstəliyinin hansı növü geniş yayılıb?

Trend-in bu sualını Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov cavablandırıb.

Baş həkimin sözlərinə görə, Azərbaycanda süd vəzi xərçəngi daha çox yayılıb:

"Statistikaya görə bu xəstəliyə yoluxanların sayı dünyada 1,7 milyona çatır, bizim ölkədə isə ötən ilin nəticələrinə görə 2000 insan süd vəzi xərçəngindən əziyyət çəkir. İkinci yerdə ağciyər xərçəngidir. Ağciyər xərçəngi adətən kişilərdə daha çox rast gəlinir, ancaq 20-30% qadınlar arasında da yayılıb".

N.Qasımov qeyd edib ki, Azərbaycanda xəstəliyin artmasına bir neçə faktor səbəb olur:

"İlk öncə qida faktoru, siqaret çəkmək, ətraf mühitin çirklənməsi və gec uşaq dünyaya gətirmək kimi amillər xərçəngə yol açır".

N.Qasımov qeyd edib ki, hazırda bağırsaq xərçəngindən əziyyət çəkənlərin sayı artıb:

"Əvvəllər insanlar arasında mədə xərçəngi daha tez-tez rast gəlinərdi. İndi isə bağırsaq xərçəngi onu əvəz edir. Səbəb isə odur ki, əvvəllər keyfiyyətli qida yox idi, bu gün isə var, amma düzgün qidalanma yoxdur. Üstəlik siqaret çəkmək də xəstəlik riskini artırır".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.