Daxili orqanında narkotik keçirmək istəyən şəxs tutuldu

Daxili orqanında narkotik keçirmək istəyən şəxs tutuldu
11 Avq 2018 15:58


Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb və vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Dövlət Gömrük Komitəsindən Realpress.az-a verilən məlumata görə, tibbi müayinə nəticəsində xanım vətəndaşın bədən boşluğunda 5 ədəd bükümdə cəmi 198 ədəd metadon adlı həb aşkar edilib.

Qeyd edək ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir və aşkar olunan 198 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 7,92 qram təşkil edir.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.