Azərbaycan XİN təsdiqlədi: Merkel Bakıya gəlir

Azərbaycan XİN təsdiqlədi: Merkel Bakıya gəlir
13 Avq 2018 16:55


Almaniya kansleri Angela Merkel avqustun 25-də Bakıya səfər edəcək.

Realpress.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinə Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyev bildirib.

“Ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər mövcuddur, - deyə o bildirib. – Ümid edirəm, bu səfər onların gələcək inkişafına təkan verəcək”.

Qeyd edək ki, iyulda “Sputnik Armeniya” agentliyi Angela Merkelin Tbilisi, Yerevan və Bakıya səfərinə hazırlıq barədə xəbər yaymışdı.

“Kansler avqustun 23-də Tbilisi, 24-də Yerevan, 25-də Bakıda olacaq”, - deyə o zaman adının çəkilməsini istəməyən mənbə bildirmişdi.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.