XİN: Azərbaycan bütün sahələrdə Türkiyə dövlətinə dəstəyini davam etdirəcək

XİN: Azərbaycan bütün sahələrdə Türkiyə dövlətinə dəstəyini davam etdirəcək
13 Avq 2018 17:49

"Azərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji müttəfiqlik gündən-günə güclənir".

Realpress.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm verir və bu əlaqələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir: "Ölkəmiz, Türkiyənin iqtisadiyyatına sərmayə qoyuluşlarının davamı ilə yanaşı Türkiyə iqtisadiyyatında yaxından iştirakını davamlı olaraq artırmaqdadır.

Azərbaycan Türkiyənin öz növbəsində son illər həyata keçirdiyi meqa layihələrin yaxın zamanlarda Türkiyənin və regionun iqtisadiyyatı və təhlükəsizliyinə əlavə imkanlar təmin edəcəyini hesab edir və sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir.

Azərbaycan hər zaman olduğu kimi bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcəkdir".


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.