Azərbaycanlı Sankt-Peterburqda dəyənəklə sürücünü döydü

Azərbaycanlı Sankt-Peterburqda dəyənəklə sürücünü döydü
15 Avq 2018 17:14


Sankt-Peterburqda Aleksandr Nevski körpüsünün üstündə iki sürücü arasında döyülmə ilə müşayiət olunan münaqişə baş verib.

Realpress.az AN “Operativnoye prikrıtie” saytına istinadən xəbər verir ki, insident avqustun 13-də, saat 13:00 radələrində baş verib.

Bildirilir ki, “Chevrolet Lanos” avtomobilinin 32 yaşlı sürücüsü ilə “VAZ 2109” avtomobilinin sahibi olan azərbaycanlı arasında münaqişə baş verib.

“09”un sürücüsü söhbət etmədən dərhal maşındakı dəyənəklə “Chevrolet Lanos” avtomobilinin sürücüsünün başına zərbə endirib.

Körpüdəki kamera qeydlərinə əsasən müəyyən edilib ki, hadisəni törədən 22 yaşlı Azərbaycan vətəndaşıdır. Hazırda onun saxlanılması istiqmətində əməliyyat tədbirləri həyata keçirilir.

“Chevrolet Lanos” avtomobilinin sürücüsü isə aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.