Samuxda dəhşət - Ər arvadını öldürdü, bibisini...

Samuxda dəhşət - Ər arvadını öldürdü, bibisini...
16 Avq 2018 10:14

Samuxda ər arvadını qətlə yetirib.

Realpress.az-ın Yenicag.az-a istinadən məlumata görə, hadisə rayonun Ziyadlı kəndində baş verib. Kənd sakini 1985-ci il təvəllüdlü Elvin Sədrəddin oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı 1993-cü il təvəllüdlü Müşafərin İman qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.

Yoldaşının bibisi, 1967-ci il təvəllüdlü Xatirə Ümid qızı Salmanovaya isə çoxsaylı bıçaq zərbələri endirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildiirlir. Məlumata görə M. Bayramova həyat yoldaşından küsərək 3 azyaşlı övladı ilə ata evinə gedərək orada bibisi ilə qalırmış. Yoldaşı ilə barışmağa gələn E. Bayramov istədiyinə nail ola bilmədiyi üçün cinayətə əl atıb. Cinayəti törədən Elvin Bayramov saxlanılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi acılıb, araşdırma aparılır./Report/


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.