Yeni sistem məsafədən baqajın analizini aparmağa kömək edəcək

Yeni sistem məsafədən baqajın analizini aparmağa kömək edəcək
17 Avq 2018 10:48

Rutgers, İndiana və Perdyu universitetlərinin alimlər qrupu “Wi-Fi” şəbəkəsi vasitəsilə ictimai yerlərdə partlayıcı maddələrin və kimyəvi silahın aşkarlanması metodunu hazırlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Belta www.belta.by” resursuna istinadən yazır ki, sistem baqajın analizi üçün kanalın vəziyyəti haqqında informasiyadan (CSI) istifadə edir, onun fəaliyyəti üçün yalnız “Wi-Fi” marşrutlayıcısı tələb olunur.  
 
Alimlər tərəfindən sistemin çanta və plastik paketlərdə maye və bərk vəziyyətlərdə olan 15 müxtəlif obyekt üzərində sınağı keçirilib. Nəticədə sistem təhlükəli əşyaları təhlükəsizlərdən 99 faiz dəqiqliklə fərqləndirib, eləcə də obyektin tərkibinin müəyyənləşdirilməsi 97 faiz təşkil edib.
 
Texnologiyanın ictimai yerlərdə təhlükəsizliyin təmini üçün istifadə ediləcəyi barədə məlumat verilmir. Hazırda sistemin ilkin sınaqları keçirilir, mühəndislər tərəfindən isə ictimai “Wi-Fi” şəbəkələrinin sistemin işində səhvlərə səbəb ola biləcək müdaxilədən mühafizəsi üçün həll təqdim edilməyib.
 


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.