Avropa Liqasının püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir iştirak edəcək

Avropa Liqasının püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir iştirak edəcək
17 Avq 2018 11:53

UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir də iştirak edəcək.

Realpress.az Report-a istinadən xəbər verir ki, buna səbəb yarışın final matçının 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunmasıdır. Qaydalara əsasən, final oyununun səfiri veteran futbolçulardan biri olmalıdır. O, qrup mərhələsindən başlayaraq, bütün püşkatma mərasimlərinə qatılmalıdır. Hələlik həmin şəxsin kimliyi dəqiqləşməyib. Qrup mərhələsinin püşkatma mərasimi isə avqustun 31-də Monakoda keçiriləcək.

Bu mövsüm Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə yüksələ bilər. Bunun üçün Ağdam komandası Avroliqanın III təsnifat mərhələsində Moldova "Şerif"ini üstələməlidir. İlk matç avqustun 23-də Tiraspolda, cavab görüşü isə ayın 30-da Bakıda olacaq.

Qeyd edək ki, 2017-2018 mövsümündə final oyunu Fransanın Lion şəhərində kerçirilib. Finalın səfiri isə İspaniya "Barselona"sının heyətində Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının ikiqat qalibi olmuş Fransa yığmasının sabiq müdafiəçisi Erik Abidal olub.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.