Şok kadrlar: kanalizasiyadan körpə çıxarıldı - VİDEO - FOTO

Şok kadrlar: kanalizasiyadan körpə çıxarıldı - VİDEO - FOTO
17 Avq 2018 12:09

Küçədəki kanalizasiya quyusundan bir günlük, yeni doğulmuş körpə çıxarılıb.

Realpress.az AsiaOne-a istinadən bildirir ki, olay Hindistanın şərqindəki Tamil Nadu ştatının mərkəzi şəhəri Çennayın həndəvərində, Valasaravakkam rayonunda yaşanıb.

Sübh zamanı küçə ilə gedən südsatan kanalizasiya quyusundan uşaq ağlartısının səslərinin gəldiyini eşidib. O, quyunun qapağını qaldırmağa başlayanda səsə yaxınlıqdakı evdə yaşayan 45 yaşlı Gita gəlib.

Gita südsatan kişini kənara çəkib və kanalizasiya quyusundakı uşağı çıxarmağa başlayıb.

Yeni doğulmuş körpə sağ-salamat çıxarılıb.

Gita oğlanı övladlığa götürüb və ona Sutantiram ("azadlıq") adı verib.

"Uşağı Hindistanın Müstəqillik Günü tapdım. Buna görə də Sutantiram adlandırdım"", - Gita söyləyib.













28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.