Nazirlik vəzifəli şəxsi 3000 manat cərimələdi

Nazirlik vəzifəli şəxsi 3000 manat cərimələdi
17 Avq 2018 16:25

Daşkəsəndə kənd bələdiyyə sədri qalaqlanan məişət tullantıları səbəbindən 3000 manat cərimə olunub.

Realpress.az bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, nazirliyin “Qaynar xətt”inə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa kəskin qoxunun yayılması ilə bağlı şikayət daxil olub.

Şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən kənd ərazisinə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəndin müxtəlif ərazilərində qeyri-mütəşəkkil şəkildə qalaqlandığı və ətrafa kəskin qoxunun yayıldığı faktı təsdiqini tapıb.

Faktla bağlı Xoşbulaq bələdiyyəsinin sədri Rasim Allahverdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə olunub.

Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.