Belə bir qanun indiyə kimi olmayıb - Ümumi təhsil haqqında yeni SƏNƏD hazırlanıb

Belə bir qanun indiyə kimi olmayıb - Ümumi təhsil haqqında yeni SƏNƏD hazırlanıb
03 Sent 2018 12:03

“Ümumi təhsil haqqında” yeni qanun layihəsinin ilkin variantı artıq hazırlanıb.  Qanun layihəsi işçi qrupunun üzvlərinə paylanılıb. “Ümumi təhsil haqqında” yeni qanun layihəsi oktyabr ayının ikinci yarısından sonra Milli Məclisin iclasında müzakirəyə təqdim olunacaq”.

Realpress.az 
xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, yeni qanun layihəsində orta məktəblərin hüquqi imkanları və idarə olunması ilə bağlı müddəalar qeyd edilib.

“Həmçinin orta ümumi təhsil müəssisələrində özəl sektorun işinin tənzimlənməsi ilə bağlı məsələlər öz əksini tapıb. Çünki özəl sektor artıq ümumi təhsil müəssisələrin sferasında var. Onların fəaliyyəti məktəbin özünün daxili əsasnaməsi ilə tənzimlənir. Amma belə olmamalıdır. Onların fəaliyyəti qanunla tənzimlənməlidir. Belə bir qanun isə indiyə kimi olmayıb”. 
 
İsa Həbibbəyli deyib ki, Azərbaycanda orta ümumi təhsil məktəblərinin statusunun formalaşmış sistemi var: “Sadəcə olaraq onların funksiyaları, fəaliyyət sferası, hüquqları, vəzifələri yeni qanun layihəsində öz əksini tapacaq. Hətta qanun layihəsinə “müasir məktəb” anlayışı da əlavə ediləcək”.

22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.