Paşinyanın vaxtı çatır, inqilab qəhrəmanlarını udur - MÜSAHİBƏ

Paşinyanın vaxtı çatır, inqilab qəhrəmanlarını udur - MÜSAHİBƏ
04 Okt 2018 15:17


Realpress.az istinadla bildirir ki, tanınmış rusiyalı politoloq Yevgeni Mixaylov Oxu.Az-a müsahibə verib. 

- Daxili siyasi proseslər Ermənistanı silkələməkdə davam edir. Kimin yaxın illərdə respublikanı idarə etməsi isə böyük sualdır. Baş nazir Nikol Paşinyan “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyalarından olan nazirlərin qovulması vəziyyətində istefaya getməyə hazır olduğunu açıqlayıb. Onun bu ilin dekabrında növbədənkənar parlament seçkilərini keçirmək təklifi Respublika Partiyası tərəfindən etirazla qarşılanıb. Onlar seçkilərin 2019-cu ilin mayında keçirilməsini tələb edirlər. 

Vəziyyətin necə inkişaf edəcəyini düşünürsünüz? Növbədənkənar parlament seçkilərindən sonra ölkəni kim idarə edəcək və bu seçkilər Paşinyanın planlaşdırdığı vaxtda keçiriləcək? Ermənistanı nə gözləyir – siyasi stabillik və ya gələcək mübarizə?

- Fikrimcə, hazırkı böhran onu göstərdi ki, Ermənistanda normal dövlət quruluşunun olmasına uzun müddət lazımdır. Keçmiş hakimiyyət ölkəni məxməri inqilaba gətirib-çıxardı və ölkə rəhbərliyinə populist insanlar gəldi ki, onlar da respublikanı necə idarə edəcəyini bilmirlər. Əvvəlki hakimiyyət özlərini Moskvaya xoş göstərərək, ölkədə stabilliyə nail olurdular. 

Paşinyanın hakimiyyətə gəlməsi xalqa ümid verdi ki, ölkədə hər şey yaxşı olacaq – korrupsionerləri həbs edəcək, onlardan pullar alınıb, xalqa paylanacaq və hər kəs xoşbəxt yaşayacaq. Ancaq bir müddət sonra reallıq göründü.


Qarabağ ətrafında gərgin vəziyyət, Azərbaycana müharibə elan edilməsi və s. Bundan başqa, yeni hökumət sələflərinin əldə etdiyi razılaşmalara əməl etmədi. Və bu, onsuz da pis olan həyat səviyyəsini daha da pisləşdirdi. 

Nikol Paşinyan idarəçiliyinin zəiflədiyini gördükdə manevr edərək, növbədənkənar seçkilər məsələsini gündəmə gətirdi. O ümid edir ki, yeni parlament onun tərəfində olacaq. 

Ancaq onun siyasi rəqibləri çox güclüdür. Paşinyan sabiq prezident Robert Koçaryanı və Serj Sarqsyan klanının üzvlərini həbsə atmağa çalışmaqla böyük səhvə yol verdi. Bu şəxslər isə birbaşa Rusiyanın regiondakı maraqlarını dəstəkləyir. 

Hesab edirəm ki, əgər nəsə qəfil dəyişməsə, Paşinyanın vaxtı çatır. İnqilab öz qəhrəmanlarını udur. Fikrimcə, Qarabağ klanının yenidən hakimiyyətə qayıtması tamamilə mümkündür, indiki siyasi şəraitdə bundan qorxmağa dəyməz, belə ki, Qarabağ məsələsinin həlli, prinsipcə, Moskvanın səlahiyyətindədir. Azərbaycanla stabil dostluq münasibətləri fonunda Rusiya münaqişənin nizamlanma prosesini hər iki tərəfi təmin edəcək formatda edəcək. 

- Son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşin intensivliyinin azalması müşahidə edilib. Bu, nəyə xidmət edir? Azərbaycan prezidenti İlham Əliyevlə erməni baş nazirin Düşənbədəki söhbətini nəzərə alaraq, bunu Qarabağ münaqişəsində irəliləyiş kimi qiymətləndirmək olar?

- Görünür, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşin intensivliyinin azalması Ermənistandakı növbədənkənar parlament seçkiləri və nazirlərin qovulması ilə bağlıdır. Yerevanın onsuz da problemləri çoxdur. Bununla yanaşı, Moskvanın mövqeyini də nəzərə almaq lazımdır.

- Demək olar ki, Yerevanla Moskva arasında gərginliyin pik nöqtəsi geridə qaldı? Vladimir Putinlə Nikol Paşinyan arasındakı görüş Kremlə Ermənistanın xarici siyasi kursunun hansı istiqamətə yönəldiyini müəyyən etməyə imkan verdi? Sentyabr-oktyabr aylarında Rusiya prezidentinin Yerevana səfəri gözlənilirdi. Səfər çərçivəsində Putin sabiq prezidentlər Serj Sarqsyan və Robert Koçaryanla görüşməli idi. Bu günlərdə isə Paşinyan bəyan etdi ki, Putinin Ermənistana səfəri 2019-cu ildə baş tuta bilər. 

- Xaricdən, əlbəttə ki, Moskvanın Yerevana qarşı siyasətini yumşaltdığını düşünmək olar. Ancaq başa düşmək lazımdır ki, Rusiya böyük qüvvədir və öz siyasi addımlarına nəzarət edə bilir. Putinə Ermənistanda xaos və vətəndaş müharibəsinin olması lazım deyil. Bu, vəziyyəti daha da pisləşdirəcək. Ən yaxşısı, hazırda hakimiyyətdə olan şəxslə danışıqlar aparmaqdır. Bu, vəziyyəti tamamilə nəzarətdən kənar saxlamaqdan yaxşıdır.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.