Həyat yoldaşına yuxuda niyə yad kişi görürsən dedi və... - AĞLASIĞMAZ OLAY

Həyat yoldaşına yuxuda niyə yad kişi görürsən dedi və... - AĞLASIĞMAZ OLAY
12 Okt 2018 10:17

32 yaşlı Kezban A. adlı qadın həyat yoldaşından onu döydüyünü və əziyyət verdiyini əsas gətirərək boşanmaq istəyib. Arvadından boşanmaq istəməyən kişi isə qadını əvvəlki həyat yoldaşından olan qızlarına təcavüz etməklə hədələyib.

Realpress.az xəbər verir ki, iyrənc təhdidlərə məruz qalan qadın polisə şikayət edərək kömək istəyib.

32 yaşlı Kezban A 8 aydır S.A adlı şəxslə ailəlidir. Qadının birinci evliliyindən 12 yaşlı C.E və 8 yaşlı Z.E adlı qızları var. Yaşadığı işgəncələrə son qoymaq üçün evdən ayrılmaq istəyən Kezban. A. həyat yoldaşının işgəncələrinə, təhqirlərinə məruz qalıb.

Gənc qadın ərinin narkoman olduğunu, psixotrop dərmanlar qəbul etdiyini deyib:

"İlk dəfə tanış olanda mən onun narkoman olduğunu bilmirdim. Çox qısqanc idi. Müxtəlif bəhanələrlə məni döyür, zorakılıq edirdi. Yeni işə düzəlmişdim. Tikiş sexində. Çox fikirləşdiyimdən iş yerimi yuxuda görmüşəm. Təsadüfdən demişəm ki, bu libası buraya qoyacağıq, Özkan qardaş". O da mənim yuxuda dediklərimi eşidib. Mənə dedi ki, sən yuxuda kişi görürsən? Sən hansı haqla yuxuda başqa kişinin adını sayıqlayırsan deyib, məni döyməyə başladı. Hər gün döyür, söyür, təhqir edirdi. İşə qırmızı köynəklə getdiyim, pomada sürtdüyüm və ətir istifadə etdiyim üçün belə döyüb, xəstəxanalıq edib".

Şikayətlər əsasında daha əvvəl kişiyə ailəsinə, xüsusilə də qadına yaxınlaşmaması üçün məhkəmə tərəfindən uzaqlaşdırma qərarı çıxarılıb.

Gənc qadın "o məni öldürmədən onu həbs edin", deyə polislərə yalvarıb. Faktla bağlı araşdırma aparılır. (publika.az)


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.