Göz yorğunluğu aradan qaldıran təbii üsullar

Göz yorğunluğu aradan qaldıran təbii üsullar
13 Okt 2018 10:26

"Gözlər qəlbin aynasıdır" bədii ifadə olsa da, həqiqətə də uyğundur. Gözlər insan simasında ən yaddaqalan nişanələrdən biridir. Gərgin iş günündən sonra gözlər hədsiz yorğun görünür, hətta bəzən qızarır, qaşınır, şişir, qaralır, görmə itiliyi azalır. Müxtəlif dərman vasitələri ilə bu problemlərin qarşısını almaq mümkün olsa da, bunun asan, əlçatan və təbii üsulları da var.

Realpress.az bildirir ki, AZƏRTAC-a bu barədə həkim-fitoterapevt Ulduz Hüseynova məlumat verib.

Həkim göz yorğunluğunu və görmə zəifliyini aradan qaldırmaq üçün məsləhət gördüyü ən sadə üsullar haqqında danışıb: "Bunun üçün 1 xörək qaşığı zirə meyvəsi, 1 çay qaşığı göyçiçək çiçəyi və 1 çay qaşığı bağayarpağı yarpaqları buxara verilir, alınan damcılar gündə 3-5 dəfə gözlərə damızdırılır.

Aptek çobanyastığı və gülümbahar çiçəkləri qarışığından 3 xörək qaşığının üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmdə qalandan sonra həmin dəmləmə ilə gözlərə islatma qoyulur və ya yuyulur.

Bir qədər təmiz bal isti suda həll edilib gözə damızdırılır.

Cəfəri yarpaqları horra şəklinə salınaraq tənzifin içərisinə yığılır və 15-20 dəqiqə gözlərin üzərinə islatma qoyulur. Proseduru gün ərzində bir neçə dəfə təkrarlamaq olar.

Gözlərin üzərinə təzə kəsilmiş xiyar və ya kartof dilimləri qoymaqla da yaxşı nəticə əldə etmək mümkündür. Həmçinin göz qapaqları üzərinə xiyar şirəsində isladılmış pambıq tamponlar da qoymaq olar. Eyni zamanda sürtgəcdən keçirilərək tənzifin arasına qoyulmuş kartofla da göz qapaqlarına edilən islatma göz üçün xeyirlidir.

Pambıq tampon təzə dəmlənmiş qara çayda isladılır və hər gün axşam yatmazdan əvvəl gözlərin üzərinə qoyulur.

Su ilə durulaşdırılmış aloe şirəsi gözlərə damızdırılır.

Bundan əlavə daxilə qəbul olunan bəzi bitkilərlə də göz sağlamlığını qorumaq mümkündür. Misal üçün, hər gün səhər acqarına yarım stəkan təzə çəkilmiş kök şirəsi içdikdə görmə qabiliyyəti yaxşılaşır. Belə ki, məlum olduğu kimi kök göz üçün faydalı A vitamini ilə zəngindir.

Qaragilə meyvələrini yemək də görmə qabiliyyətini yaxşılaşdırmaq üçün ideal vasitələrdən biridir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.