Baş nazirdən qiymətli kağızlarla bağlı YENİ QƏRAR

Baş nazirdən qiymətli kağızlarla bağlı YENİ QƏRAR
13 Okt 2018 10:34

Baş nazir Novruz Məmmədov “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nı təsdiq edib.

Realpress.az xəbər verir ki, qaydalara görə, monitorinq iştirakçılarına benefisiar mülkiyyətçi barədə məlumatlar sorğu əsasında məlumat saxlayıcısı tərəfindən aşağıdakı hallarda verilir:

1. işgüzar münasibətlər yaradılmasından əvvəl;

2. on beş min manat məbləğində (bundan sonra - limit) və ya bundan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);

3. məbləğindən asılı olmayaraq, hesab açılmadan həyata keçirilməsi gözlənilən pul köçürməsindən əvvəl;

4. pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda;

5. müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduqda.

3.2. PL/TMM Qanununun 9.12-ci və 9.13-cü maddələrinə uyğun olaraq, yüksək riskli müştərinin eyniləşdirilməsinə dair əldə olunmuş məlumatların və sənədlərin vaxtaşırı yeniləşdirilməsi, habelə yüksək riskli əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirlərinin tətbiqi zamanı benefisiar mülkiyyətçi barədə məlumatlar məlumat saxlayıcısı tərəfindən sorğu əsasında monitorinq iştirakçılarına verilir.

Məlumat saxlayıcısı monitorinq iştirakçılarının sorğusunu 1 (bir) iş günü ərzində, monitorinqdə iştirak edən digər şəxslərin (notariuslar istisna olmaqla) sorğusunu 3 (üç) iş günü ərzində, notariusların sorğusunu isə gün ərzində cavablandırır.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.