Siyavuş Novruzov:Hər kəs eyni səviyyədə və formada dəfn ediləcək

Siyavuş Novruzov:Hər kəs eyni səviyyədə və formada dəfn ediləcək
15 Okt 2018 12:07

"Yas mərasimləri elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin".

Realpress.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Dini mərasimlər: tarix, ənənə və hüquq" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, nümunəvi qəbirstanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsinin qəbul edilməsindən sonra, kimliyindən asılı olmayaraq hər kəsin eyni səviyyədə və formada basdırılması təmin ediləcək.

S.Novruzov vurğulayıb ki, hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalır: "Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar İslamda yoxdur. Odur ki, mərasimlərin daha da sadə keçirilməsini təmin etməliyik. Çünki insanlar yas mərasimindən sonra borclu qalırlar".

O əlavə edib ki, dini mərasimlərin müxtəlif formaları mövcuddur: "Müasir dövrdə milli adət ənənələr və qanunlarla tənzimlənməlidir. Hər şey qəbul edilən qaydalar çərçivəsində olmalıdır. Digər xalqlara nisbətən türkçülük və islamçılıq ənənələri var". 

 


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.