Gürcüstanda saxta pul hazırlayan və saxlayan Azərbaycan vətəndaşı saxlanılıb.
realpress.az xəbər verir ki, bununla bağlı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin saytında məlumat yerləşdirilib.
Üzərinə baxış zamanı azərbaycanlıdan 617 ədəd 100 dollarlıq əskinas aşkarlanıb.
Azərbaycan vətəndaşının bu pulları Gürcüstanda necə hazırladığı məlum deyil. Ona qarşı külli miqdarda saxta pul və ya qiymətli kağızların hazırlanması və saxlanılması maddəsi ilə cinayət işi başlanılıb.
Əməli sübuta yetirilərsə, onu 7 ildən 10 ilədək həbs cəzası gözləyir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.