Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib.
Realpress.az report.az-a istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb.
Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Rəcəblinin usta cüdoçular arasında qazandığı 8-ci dünya çempionluğudur.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.