Noyabrın 17-də Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına başlayacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş aksiyanın məqsədi gənc nəsil arasında ekoloji mühitin qorunması ilə bağlı maarifləndirməni gücləndirmək və təbiətə qayğı hissi aşılamaqdır.
Bir həftə davam edəcək aksiyada 100 min ədəd ağacın əkilməsi nəzərdə tutulur. Aksiyada şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və başqa ağaclar əkiləcək.
Realpress.az
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.