Həm həyat verir, həm öldürür...

Həm həyat verir, həm öldürür...
24 Noy 2018 10:32

Çoxları elə düşünür ki, duz bir çox xəstəliklərin ilkin səbəbidir və qida rasionundan xörək duzunu tamamilə çıxartsa, sağlamlığına qovuşacaq. Lakin bu yalnış fikirdir. Çünki xörək duzunun tərkibi - Natrium xlorid insan orqanizmində sintez olunmayan tək mineraldır. Duzu yalnız xeyirli və ya yalnız zərərli bir maddə kimi təqdim etmək yalnış olardı. Çünki duz həm həyat verir, həm də öldürür. Bu maddə insan orqanizmi üçün hava kimi vacibdir. 

Realpress.az medicina.az-a istinadən sizə nə üçün xörək duzu qəbul etməyimizin 5 vacib amilini təqdim edir:  

1. Xörək duzu orqanizmin bütün maye mühitinin tərkibinə daxildir və onu heç nə ilə əvəz etmək olmaz

Alimlər qeyd edirlər ki, duzun insan orqanizmindəki rolu hələ tam öyrənilməyib və qiymətləndirilməyib. Bir şey məlumdur: duz orqanizmdə olan bütün mayelərin: qan, limfa, hüceyrəarası maye, tər, göz yaşı, hətta öd mayesinin tərkibinə daxildir. Orqanizm çox maye itirən zaman onun duza olan tələbatı artır. Bu hal əsasən çox tərlədikdə, qusma və qarın işləməsi zamanı yaranır. Beləliklə də orqanizmdə çox böyük əhəmiyyətə malik su-mineral balansında pozulma meydana çıxır. Bu isə həyat üçün çox təhlükəli hesab edilir.  

2. Duz orqanizm üçün vacib olan xlor mənbəyidir

Xlor təbiətdə müxtəlif birləşmələr şəklində mövcud olan zəhərli qazdır. O, orqanizm tərəfdən yalnız xörək duzu şəklində qəbul edilir. Belə ki, xlor elementi qan, limfa və hüceyrədaxili osmotik təzyiqin tənzimlənməsi üçün çox vacibdir. Bu amil hüceyrələrin yaşaması üçün çox vacibdir. Xloru başqa heç bir mənbədən almaq mümkün deyil. Onun gündəlik qəbul miqdarı 5-7 qr-dır. 

3. Duz natrium mənbəyidir 

Natrium - hüceyrələrin yaşama və fəaliyyəti üçün ən vacib elementlərdən biridir. O orqanizmin su balansını, qan dövranını, əzələlərin işləməsini və sinir impulslarının ötürülməsini təmin edir. Belə ki, təzyiqi olan insanlar üçün natriumun qəbulunun tənzimlənməsi daha vacib hesab olunur. 

Gündəlik natrium qəbulu 4-6 qr-dır. Həmin miqdar natrium 10-15 qr xörək duzunun tərkibində rast gəlinir. Natrium pomidor, noxud, qarabaşaq, ərik, qara qarağat kimi meyvə-tərəvəzlərin tərkibində də rast gəlinir. Amma bu elementlə ən zəngin meyvənin 100 qr-da 40 mq-dan çox natrium mövcud deyil. Ona görə də natrium elementinə olan tələbatı ödəmək üçün sadalanan məhsullarla yanaşı mütləq xörək duzu da qəbul olunmalıdır. 

Sutkada nə qədər duz yemək olar? 

Müasir zamanda sutka ərzində 4-6 qr xörək duzu istifadə etmək norma sayılır. Qan təzyiqi xəstələrində isə bu norma 1-2 qr-a qədər endirilib. Bu isə tamamilə xörək duzundan imtinanın daha böyük fəsadlara yol aça biləcəyindən xəbər verir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.