“Yallı” UNESCO-nun Təcili Qorunma Siyahısına salındı - YENİLƏNİB + VİDEO

“Yallı” UNESCO-nun Təcili Qorunma Siyahısına salındı - YENİLƏNİB + VİDEO
28 Noy 2018 17:03


“Dədə Qorqud irsi, epos, xalq inciləri və musiqilər” - Azərbaycan, Qazaxıstan və Türkiyənin bu gün irəli sürdüyü birgə təşəbbüslə bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilib.

Realpress.az xəbər verir ki, Azərbaycanın müraciətinə qeyri-maddi mədəni irsin mühafizəsi üzrə hökumətlərarası komissiyanın Mavrika Respublikasında keçirilən 13-cü sessiyasında baxılıb və bəyənilib.

13:28

Noyabrın 26-dan dekabrın 1-dək Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

realpress.az xəbər verir ki, bu barədə Mədəniyyət və Xarici İşlər nazirliklərinin birgə yaydıqları bəyanatda bildirilib. 

Vurğulanıb ki, nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkənin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda bu ənənələri YUNESKO səviyyəsində qorumaqdır.

“Ermənistanın Azərbaycanın digər mədəni irs namizədləri ilə bağlı olduğu kimi, “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınıb, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan öncə müvafiq iş aparılmış və ölkəmizin nümayəndə heyəti tərəfindən sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verilib.

YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə yanaşı, hazırda kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan - ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır”, - bəyanatda qeyd olunub.

12:47

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ənənəvi kollektiv rəqsi olan “Yallı” (“Köçəri”, “Tənzərə”) bu gün qorunmaya təcili ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 

realpress.az UNESCO-ya istinadən xəbər verir ki, Azərbaycanın sifarişinə Mavrikiyanın Port-Lui şəhərində noyabrın 26-dan dekabrın 1-dək keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 13-cü iclasında baxılıb və qəbul edilib. 

Qeyri-mədəni irs siyahısına təcili qorunmaya ehtiyacı olan elementlər daxil edilib. Bu gün bu siyahıda 52 elementin adı daxildir və komitənin konvensiyası iştirakçı ölkələrə zəruri olan irsin burada maraqlı olan icmaların iştirakı ilə ötürülməsinə imkan verir. 

Qeyri-mədəni irs siyahısına bundan əvvəl Qarabağ atları üzərində çövkən oyunu daxil edilib.

Qeyd edək ki, bu, Azərbaycanın komitənin iclası çərçivəsində birinci nominasiyadır. Reprezentativ siyahıya daxil edilməsi üçün növbəti sifariş Azərbaycan, Qazaxıstan və Türkiyə tərəfinin birgə təşəbbüsü ilə “Dədə Qorqud irsi” dastanı ilə bağlıdır. Ümumilikdə, bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına 40 sifariş təqdim edilib. 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.