Lotu Qulinin ailəsində 3 gün 3 gecə toy: məşhurlar pulsuz oxudular - VİDEO

Lotu Qulinin ailəsində 3 gün 3 gecə toy: məşhurlar pulsuz oxudular - VİDEO
29 Noy 2018 15:03

Azərbaycanlı ''qanuni oğru'' ''Lotu Quli''nin ailəsində toy mərasimi baş tutub.

Realpress.az xəbər verir ki, unikal.org həmin toyla bağlı maraqlı təfərrüatlar əldə edib. Belə ki, Nadir Səlifovun bacısı qızının Gürcüstanda möhtəşəm toy məclisi keçirilib. ''Lotu Quli''nin bacısı qızı Rusiyada tanınmış azərbaycanlı iş adamı Zakir müəllimin oğlu Samir bəylə ailə həyatı qurub.

Bu toydan öncə Bakıda dəbdəbəli nişan və toy mərasimi olub. Tbilisinin ən məşhur şadlıq saraylarının birində keçirilən toyda tanınmış müğənnilər Ədalət Şükürov, Samir Piriyev, Nazənin, Rüfət Axundov, Bahar Lətifqızı, Şəbnəm Tovuzlu, İbrahim Borçalı, Türkan Vəlizadə, meyxanaçılar Namiq Qaraçuxulu, Vasif Əzimov, Pərviz Bülbülə və tanınmış şairə Nazilə Səfərli iştirak edib.

Adıçəkilən sənət adamları ''Lotu Quli'' kimi tanınan azərbaycanlı ''qanuni oğru'' Nadir Səlifova hörmət əlaməti olaraq bu toyda təmənnasız iştirak ediblər. Gürcüstanda keçirilən toyda ''qanuni oğru'' ''Lotu Quli''nin də iştirak etdiyi bildirilir. Şadlıq sarayının toy keçirilən zalında onun üçün xüsusi stol hazırlandığı bildirilir. Toyda şairə Nazilə Səfərlinin onun anasına yazdığı "Həccə gedən gözəl anam" şeiri və mahnısı səsləndirilib. Müğənni Şəbnəm Tovuzlu həmin mahnını səsləndirərkən Hacı xanım sənət adamlarına nəmər verib. Bundan sonra digər ziyafət iştirakçıları sənət adamlarını pul yağışına tutublar.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.