Hamiləlik ərəfəsində qadın özünə əvvəlkindən iki dəfə artıq qulluq etməlidir. Buna səbəb dünyaya gətirəcək körpənin daha sağlam olmasıdır.
Realpress.az axşam.az-a istinadən xəbər verir ki, hər bir hamilə qadının mütləq yeməli olduğu ərzaqlar var. Bunu etmək üçün həkim məsləhətinə ehtiyac yoxdur.
Dünyaya sağlam körpə gətirmək üçün:
· Hamiləlik dövründə gündə 4 stəkan süd içmək lazımdır.
· Həftənin 5 günü yumurta yeməlidir. Bu, körpənin dəmirlə təmin olunmasına kömək edəcək.
· Hamilə qadın gündə ən az 2 saat təmiz havada gəzməlidir. Bu körpəni oksigenlə təmin etmək üçün vacibdir.
· Gündə iki dəfə ət, toyuq və ya balıq yeməlidir.
· Gündə ən az 2 litr təmiz su içilməlidir.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.