Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur - MATÇLAR

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur - MATÇLAR
12 Dek 2018 10:34

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.

Realpress.az report-a istinadən xəbər verir ki, VI turun sonuncu oyun günündə 8 qarşılaşma keçiriləcək.

Turnirin son qalibi "Real Madrid"İspaniyada Rusiya MOİK-ni sınağa çəkəcək. Qrupun digər matçında isə Çexiyanın "Viktoriya" (Plzen) kollektivi İtaliya "Roma"sını qəbul edəcək. İspanlar və italyanlar öncədən növbəti mərhələni təmin edib. Digər iki komanda isə bu turda Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

1/8 finalı daha öncədən təmin edən digər komanda İngiltərənin "Mançester Siti" klubu evdə Almaniya "Hoffenhaym"ı ilə münasibətlərə aydınlıq gətirəcək. Qrupun digər oyununda növbəti mərhələyə iddialı iki komanda üz-üzə gələcək. Ukrayna "Şaxtyor"u evdə Fransa "Lion"unu məğlub edərək pley-offa yüksəlməyə çalışacaq. Fransızlara isə növbəti mərhələ üçün ən azı bir xal bəs edir. 

E və H qruplarında 1/8 finalçılar və Avropa Liqasında  mübarizə aparacaq komandalar əvvəlcədən müəyyənləşib.

12 dekabr

Çempionlar Liqası, VI tur

E qrupu

00:00. Benfika" (Portuqaliya) - AEK (Afina, Yunanıstan)

00:00. "Ayaks"(Hollandiya) - "Bavariya" (Almaniya)

Xal durumu: "Bavariya" - 13, "Ayaks" - 11, "Benfika" - 4, AEK - 0.

F qrupu

00:00. "Mançester Siti" (İngiltərə) - "Hoffenhaym" (Almaniya)

00:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Lion" (Fransa)

Xal durumu: "Mançester Siti" - 10, "Lion" - 7, "Şaxtyor" - 5, "Hoffenhaym" - 3.

G qrupu

21:55. "Real Madrid" (İspaniya) - MOİK (Moskva, Rusiya)

21:55. "Viktoriya" (Plzen, Çexiya) - "Roma" (İtaliya)

Xal durumu: "Real Madrid" - 12, "Roma" - 9, "Viktoriya" - 4, MOİK - 4.

H qrupu

00:00. "Valensiya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

00:00. "Yanq Boyz" (İsveçrə) - "Yuventus" (İtaliya)

Xal durumu: "Yuventus" - 12, "Mançester Yunayted" - 10, "Valensiya" - 5, "Yanq Boyz" - 1. 

Ötən gecə Çempionlar Liqasında 1/8 finala daha 3 vəsiqənin sahibi müəyyənləşib.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.