Mərkəzi Bankdan 500 avro nominallı pul nişanı ilə bağlı - AÇIQLAMA

Mərkəzi Bankdan 500 avro nominallı pul nişanı ilə bağlı - AÇIQLAMA
12 Dek 2018 13:17


Azərbaycan Mərkəzi Bankı (AMB) son günlər mətbuatda və xəbər portallarında 500 avro nominallı pul nişanı ilə bağlı dərc olunmuş məlumatlarla bağlı açıqlama yayıb.

AMB-dən Realpress.az-a verilən məlumata görə, Avropa Mərkəzi Bankı 04 may 2016-cı il tarixdə 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib.

Bununla əlaqədar, Avropa Mərkəzi Bankının 23 noyabr 2018-ci il tarixli pres-relizinə əsasən Almaniya (Bundesbank) və Avstriya Mərkəzi Bankları tərəfindən 26 aprel 2019-cu il tarixindən (həmin gün daxil olmaqla), Avrozonaya daxil olan bütün digər mərkəzi banklar tərəfindən isə 26 yanvar 2019-cu il tarixindən (həmin gün daxil olmaqla) etibarən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasının dayandırılacağı bildirilib.

Buna baxmayaraq, həmin tarixlərdən sonra 500 avroluq pul nişanının tədavüldə qanuni pul vahidi kimi qalacağı, ödəniş və yığım vasitəsi kimi istifadəsinin davam edəcəyi qərara alınıb.

Eyni zamanda, 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əskinaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.