Tanınmış italyan məşqçi millimizə gətirilə bilər

Tanınmış italyan məşqçi millimizə gətirilə bilər
12 Dek 2018 15:56

AFFA-nın Azərbaycan millisinin baş məşqçisi postunda görmək istədiyi məşqçinin adına aydınlıq gətirilib.

Oxu.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, AFFA Albaniya millisinin sabiq baş məşqçisi italyan Canni de Byazi ilə danışıqlar aparır.

Lakin tam adı Covanni olan italiyalı baş məşqçini ölkəsində də baş məşqçi qismində görmək istəyənlər var. Belə ki, “Bolonya” klubu İtaliya A Seriyasında autsayderlər sırasında qərarlaşdığından, hazırkı baş məşqçisi Filippo İnzaqi ilə vidalaşıb yerinə onu gətirmək istəyir.

De Byazi isə bu iki variantdan biri üzərində düşünməyə çalışacaq. Son bilgilərə görə, de Byazi ilə əlaqə “Neftçi”nin baş məşqçisi Roberto Bordin və AFFA-da İtaliya futbolu ilə əlaqəsi olan rəhbər şəxslərdən biri vasitəsilə aparılır.

Qeyd edək ki, Canni de Byazi 2011-2017-ci illərdə Albaniya millisini çalışdırıb. O, albanları tarixində ilk dəfə olaraq 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatına çıxarıb. Ötən ilin iyunun 14-də isə Albaniya Futbol Federasiyasının prezidenti ilə birgə mətbuat konfransı keçirərək yığma postundan ayrıldığını ictimaiyyətə çatdırıb.

Realpress.az


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.