“Yoxlamalar yoxdur” deyərək qanunları pozanlar var - RƏSMİ

“Yoxlamalar yoxdur” deyərək qanunları pozanlar var - RƏSMİ
13 Dek 2018 12:55


Vergi orqanlarının sahibkarlıq subyektlərində yoxlamaların sayının azaldılması da daxil olmaqla, bir sıra çağırışlar işgüzar dairələrdə müsbət qarşılanıb.

realpress.az xəbər verir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərovun açıqlamasına görə, bu çağırışları qəbul edib, öz uçot sistemini yenidən diaqnostika edərək fəaliyyətini şəffaflaşdıran sahibkarlar da olub, keçid ilində “yoxlamalar yoxdur” deyərək əvvəlkindən daha sərbəst şəkildə qanunları pozmaq və vergidən yayınmaq istəyənlər də.

“Təbii ki, bu çağırışların hamı tərəfindən eyni cür qəbul ediləcəyini gözləmirdik. Keçid ilinin mahiyyəti o demək deyildir ki, həmin ildə sahibkarlar qanunu istədikləri kimi poza bilərlər. Əksinə, riskli sahələrdə vergi nəzarəti tədbirlərini daha da gücləndirmişik”.

Məsələn, alkoqollu içkilərin istehsalı və aksizsiz tütün məmulatlarının dövriyyəsinə qarşı mübarizə tədbirlərini göstərmək olar. Əgər ilin əvvəlində daxili bazarda qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatlarının həcmi 16-18% təşkil edirdisə, görülən tədbirlər nəticəsində bu gün həmin rəqəm 3,5%-ə düşüb.

Bundan başqa, cari ilin avqustun 1-dən alkoqollu içkilərin istehsalı ilə məşğul olan əsas müəssisələrdə aksiz postları qurularkən məlum oldu ki, tünd içkilərin istehsalının həcmi beş dəfə azaldılırmış.

X.İsgəndərov bildirib ki, bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalı, saxta aksiz markalarından istifadə və aksiz markası olmadan məhsul istehsalı və s. kimi hallar çox geniş yayılmışdı.

“Aparılan tədbirlər nəticəsində bu sahədə məhsulların dövriyyəsinin şəffaflaşması, aksizlərdən düzgün istifadə istiqamətində ciddi dönüş yaranıb. Lakin təəssüflə qeyd edirəm ki, bu cür qanun pozuntuları digər sahələrdə də mövcuddur”, - deyə nazirlik rəsmisi əlavə edib. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.