Azərbaycanda kassa aparatları dəyişdiriləcək

Azərbaycanda kassa aparatları dəyişdiriləcək
14 Dek 2018 11:09


2019-cu ildən ticarət və ictimai iaşə obyektləri öz fəaliyyətlərini elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidirlər.

Realpress.az xəbər verir ki, bu səbəbdən bütün xidmət və ticarət sektorunda yeni kassalar tətbiq ediləcək.

Bununla bağlı yeni Vergi Məcəlləsinin tələbi aşağıdakı kimidir:

16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək.

Kassaların dəyişdirilməsi prosesi gələn ilin əvvəlindən başlayacaq və müəyyən qədər vaxt aparacaq.

Aparatların dəyişdirilməsi nəticəsində həyata keçirilən bütün əməliyyatlar onlayn rejimdə sistemdə öz əksini tapacaq və nəticədə “kölgə dövriyyəsi” şəffaflaşacaq. Kassa aparatının söndürülməsi isə artıq ona nəzarətin gücləndirilməsini tələb edəcək və bu zaman xronometraj vergi yoxlaması təyin edilə bilər.

Ümumiyyətlə, kassaya çek vurmamaq sahibkara çox baha başa gələcək. Vergi üzrə ekspert Anar Səttarovun realpress.az-a verdiyi məlumata görə, sahibkar satdığı məhsulun ödənişini kassaya vurmadıqda birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə 6000 məbləğində cərimə ediləcək.

“Bu isə o deməkdir ki, sahibkar ən azı 50 min manatı kassaya vurmamalıdır ki, həmin 1000 manatı bağlaya bilsin. Ona görə də yeni məcəllə ilk növbədə şəffaf işləməyi, düzgün uçot aparmağı tələb edir. Sahibkarlar öz gəlir və xərclərini düzgün göstərsələr, bu halda vergi yükləri azalacaq, əks halda, ciddi cərimə sanksiyaları ilə üzləşə bilərlər”.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.