Çavuşoğlu İlham Əliyevlə danışıqlarda - YENİLƏNİB

Çavuşoğlu İlham Əliyevlə danışıqlarda - YENİLƏNİB
14 Dek 2018 14:26


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

realpress.az xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Ankarada dəmir yolu qəzası nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu qeyd edib, 2018-ci ilin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından çox məhsuldar il olduğunu deyib.

Özünün Türkiyəyə çoxsaylı səfərlərinə və eləcə də Türkiyə Prezidentinin Azərbaycana səfərlərinə toxunan dövlətimizin başçısı bildirib ki, birgə iştirak etdiyimiz layihələrin açılışları, Azərbaycanla Türkiyənin təşkil etdiyi hərbi parad və digər önəmli hadisələr birliyimizi bütün dünyaya nümayiş etdirib. Birgə həyata keçirilən layihələrdən danışan Prezident İlham Əliyev TANAP, TAP, Bakı-Tbilisi-Qars və eləcə də digər layihələrin dünya üçün böyük əhəmiyyət daşıdığını və ölkələrimizin bütün məsələlərlə bağlı bir-birini dəstəklədiyini deyib.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində Türkiyənin hər zaman birmənalı şəkildə Azərbaycanın yanında olduğunu və Türkiyənin bu məsələ ilə bağlı verdiyi son açıqlamaları məmnunluq hissi ilə qeyd etdi, qardaş ölkənin bu mövqeyinə görə minnətdarlığını bildirib.

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu qəbula və başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Türkiyəli nazir qeyd etdi ki, qardaş Azərbaycan və Azərbaycanın lideri Prezident İlham Əliyev hər zaman Türkiyənin yanında olub və Türkiyə də eyni şəkildə həmişə Azərbaycanın yanındadır. Mövlud Çavuşoğlu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasına toxunaraq bu tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təbriklərini çatdırdı. O, Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini məmnunluqla qeyd edib. 

Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan və Türkiyə dövlətləri başçılarının səmimi dostluğu və qardaşlığı, onların verdiyi tapşırıqlar sayəsində iki ölkənin Xarici İşlər nazirlikləri sıx qarşılıqlı fəaliyyət göstərirlər. O, eyni zamanda, ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin önəmini qeyd etdi və qarşıda bir çox görüləsi mühüm işlərin olduğunu deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli ilə bağlı Türkiyənin bundan sonra da güclü dəstək verəcəyini qeyd edib.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

12:31

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

realpress.az-ın xəbərinə görə, bu barədə dövlət başçısının rəsmi saytı məlumatı yayıb.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.