Smartfondan idarə olunan ağıllı həb hazırlanıb

Smartfondan idarə olunan ağıllı həb hazırlanıb
15 Dek 2018 10:49

Massaçusets Texnologiya İnstitutu, Dreyper Universiteti və Briqama Qadın xəstəxanasından olan alimlər heyəti dərmanları mədədə buraxan və 1 ay ərzində bədən temperaturunu izləyən "ağıllı" həb hazırlayıblar. "Ağıllı" həb "3D" printerdə çap edilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, insan bu həbi udan kimi onun örtüyü həll olur və Y şəkilli formada kiçik qurğu aşkar edilir. Qurğunun bu forması onun 1 ay müddətində mədəni tərk etməsinə imkan vermir.
 
Gümüş oksiddən hazırlanmış kiçik batareya sözügedən həbi enerji ilə təchiz edir, amma mütəxəssislər başqa enerji mənbələrini də araşdırırlar. Məsələn, həbi qəbul etmiş insanın mədə şirəsi enerji mənbəyi rolunda çıxış edə bilər.
 
Alimlər dərmanları smartfondan verilən əmrlərin köməyilə buraxacaq həb hazırlamağa ümid edirlər.
 
"Ağıllı" həb, həmçinin bədən temperaturunu izləyən və məlumatı "Bluetooth" vasitəsilə smartfona ötürən datçikə malikdir.
 
Bundan başqa "ağıllı" həb daxili təhlükəsizlik funksiyasına malikdir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.